Xəzər Xəbər

Parklardakı "Wi-Fi" şəbəkələri niyə işləmir? video

Veb TV | 22:02 • 19 Aprel 2021
Parklardakı "Wi-Fi" şəbəkələri niyə işləmir?

Parklarda "Wi-Fi" şəbəkələri var, ancaq internet yoxdur. Halbuki layihəyə görə, vətəndaşlar bu ərazilərdə internetdən pulsuz istifadə etməlidirlər.

Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən bir neçə il əvvəl vətəndaşların pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai İnternet" şəbəkəsi istifadəyə verilib. Bu layihə əsasında paytaxtın əksər parklarında insanlar internetdən pulsuz istifadə etməlidirlər. Ancaq "Səməd Vurğun", "Hüseyn Cavid" parkları və "Qış parkı"nda apardığımız çəkilişlər vəziyyətin heç də belə olmadığını üzə çıxardı.

"Hüseyn Cavid" parkında da vay-fay aparatı quraşdırlıb və şəbəkə açıqdır. Ancaq vətəndaşlar şəbəkəyə qoşulsalar da, internetin sürəti aşağı olduğundan xidmətdən istifadə edə bilmirlər.

Park ərazisində internetin sürətini ölçmək üçün istifadə olunan proqramdan yararlanmaq istəsək də, internetdə problem olduğundan proqrama daxil olmaq mümkün olmadı.

Eyni problem ''Qış parkı''nda da yaşanır. Burada da pulsuz ''Wi-Fi'' löhvələri vurulmasına baxmayaraq, vətəndaşlar internetdən istifadə edə bilmirlər.

Məsələ ilə "Bakı Telefon Rabitəsi'' MMC-nin İctimaiyyətlə əlaqlər üzrə sektor müdiri Nuranə Əliyeva ''Xəzər Xəbərə'' bildirdi ki, yay mövsümünün gəlişi ilə əlaqədar pulsuz internetdən istifadə edənlərin sayında artım gözlənilir. Buna görə də bəzi parklarda internetin verilməsində problem yaşana bilər. Ancaq tezliklə bu problemlər aradan qaldırılacaq.

Nuranə Əliyeva onu da qeyd etdi ki, bəzi hallarda mobil cihazların "Wi-Fi" interfeysində statik IP ünvan olduğu üçün halda, pulsuz vay-fay şəbəkəsinə qoşulma baş vermir. Qoşulma zamanı dinamik IP ünvanının olması şərtdir. Pulsuz vay-fay istifadəçiləri bu qaydanı nəzərə alsalar, şəbəkəyə qoşulmada çətinlik yaşanmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti