Xəzər Xəbər

Bakıda 7 yaşlı qızın döyülməsi iddiası araşdırılır video

Veb TV | 20:31 • 19 Aprel 2021
Bakıda 7 yaşlı qızın döyülməsi iddiası araşdırılır

Bakıda 7 yaşlı qızın atalığı və anası tərəfindən döyülməsi iddiaları ilə bağlı araşdırma başlanılıb.       

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə paytaxtın Xətai rayonu, Rəşid Bağırov küçəsində yaşayan ailənin övladını döyməsi barədə məlumat verilib. Göndərilən şəkillərdə uşağın bədənində olan yaralar açıq görünüb.

Ailənin qonşularının veridyi məlumata görə, 7 yaşlı qızın anası ilə atası ayrılıb, böyük övlad doğma atası ilə yaşayır. Bu qız isə anası ilə qalır və anası yenidən ailə qurub.

Qonşulardeyib ki, artıq neçə aydır atalığı və anası 7 yaşlı uşağı döyüb, şiddətə məruz qoyur. Uşağın doğma anası isə iddiaların əsasız olduğunu bildirir.

Kəmalə Ağazədnin müraciəti əsasında Xətai Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı araşdırma aparır.

Bakıda kirayədə qalan ana və atalıq isə izahatlarının alınması üçün polisə aparılıb.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, müraciət əsasında araşdırma aparılır. Nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti