Xəzər Xəbər

Xaçmazda oğrular "iş başında" yaxalandı video

Veb TV | 19:56 • 19 Aprel 2021
Xaçmazda oğrular "iş başında" yaxalandı

Xaçmazda mağazadan oğurluq etmək istəyən şəxslər yaxalandılar.

Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə  daxil olaraq oradan oğurluq etmək istəyiblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Həmin şəxslər oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.

 Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar