Xəzər Xəbər

AŞPA-nın yaz sessiyasında ermənilərin qondarma iddiaları ifşa edilir video

Veb TV | 21:15 • 19 Aprel 2021
AŞPA-nın yaz sessiyasında ermənilərin qondarma iddiaları ifşa edilir

Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb. İclaslar qış sessiyasında olduğu kimi indi də hibrid formada keçirilir. Yəni, bir qrup nümayəndə heyəti Fransanın Strasburq şəhərinə səfər edib. Digərləri isə onlayn formada qoşulub. Azərbaycan nümayəndə heyəti də sessiyada iştirak etmək üçün Strasburqdadır.

Xezerxeber.az-ın məlumatına görə, sessiyada Ermənistan nümayəndə heyətinin gündəmə gətirməyə çalışdığı mövzulardan biri isə "hərbi əsirlər" məsələsidir. Bu sessiyada həmin məsələ ətrafında da müzakirələrin olması gözlənilir.

Azərbaycan nümayəndə heyəti də sessiyada aktiv iştirak edir. Heyət erməni yalanlarını ifşa etməklə yanaşı, ölkə üçün vacib olan məsələləri gündəmə gətirəcək.

Azərbaycan nümayəndə heyətinin yaz sessiyasında bir neçə çıxışı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti