Xəzər Xəbər

Ermənilərin Şuşada yerləşən tarixi Mamayıl bulağı ilə bağlı saxtakarlığı ifşa edildi video

Veb TV | 20:12 • 19 Aprel 2021
Ermənilərin Şuşada yerləşən tarixi Mamayıl bulağı ilə bağlı saxtakarlığı ifşa edildi

Ermənilər həyasızlğından yenə əl çəkmir. Bu dəfə onlar bir zaman saxtalaşdırdıqları, Şuşada yerləşən Mamayıl bulağı ilə bağlı əsassız iddialar səsləndirir.

Xezerxeber.az-ın məlumatına görə, ermənilər Şuşada Mamayıl bulağındakı tikili üzərində olan ermənicə yazıların silinməsinə etiraz edirlər.

Amma onların tarixi abidəni 1992-ci ildə erməniləşdirdiklərini sübut edən kadrlar var. Kadrlardan göründüyü kimi bir erməni keşişi bulaqüstü kitabənin üstünə erməni dilində yazı yazaraq onu özününküləşdirir. Bu görüntülərdə ermənilər həm də öz yalanlarını ifşa edir.

Şuşa Şəhər Mədəniyyət İdarəsinin rəisi Zahid Abbasov bildirib ki, Mamayıl bulağı tanınmış şuşalı sahibkar tərəfindən inşa edilib. Onun sözlərinə görə, Şuşada bu tipli ilk bulaq isə 1873-cü ildə Xurşudbanu Natəvan tərəfindən tikilib.

Zahid Abbasov vurğuladı ki, ermənilər Şuşada yerləşən Mamayıl məscidini də dağıdıblar. Həmin məsciddə azan vermək üçün nəzərdə tutulan tikili də işğal dövründə mənfur düşmən tərəfindən məhv edilib.

Zahid Abbasov bildirib ki, artıq Şuşada bərpa işləri davam edir. Ermənilər tərəfindən vandalizmə məruz qalmış dini, tarixi və mədəni abidələrimiz əvvəlki görkəminə qaytarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti