Xəzər Xəbər

Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu VİDEO

Veb TV | 20:27 • 15 Aprel 2021
Azərbaycanlı oğlan pakistanlı qızla ailə qurdu


Yenə də xoşbəxt bir cütlüyü çəkmişik. Budəfəki qəhrəmanlarımızdan bəy azərbaycanlı, gəlin isə pakistanlıdır. Onların Bakı Ali Neft Məktəbində təhsil alan zaman, yəni tələbə ikən başlayan məhəbbəti bu gün rəsmiləşib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bəyin, Pakistanın ölkəmizdəki səfiri Bilal Haye isə gəlinin nikah şahidi olublar. 

Təhsil aldıqları ali məktəb onları bir-birinə qovuşdurdu. Əvvəlcə eyni universitetin tələbəsi oldular, bu gündən isə bir ömürlük həyat yoldaşı.... 

Elvin Azərbaycan, gəlinimiz Masuma isə Pakistan vətəndaşlarıdır. Bakı Ali Neft Məktəbində təhsil alan bu gənclərin məhəbbəti də elə oxuduqları universitetdən başlayıb. Elvinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək  onun fikrini daha da qətiləşdirib. 

Bəyin anası Xuraman İsmayılova pakistanlı gəlinini öz qızı kimi istəyəcəyini deyir. 

Gənclərin nikahına şahidlik edənlər isə təhsil aldıqları ali məktəbin rektoru Elmar Qasımov və Pakistanın ölkəmizdəki səfiri Bilal Haye olub. Səfir Elvinin yaxasına Azərbaycan və Pakistan bayraqlarının əks olunduğu döş nişanını taxaraq, cütlüyə xoşbəxtlik arzulayıb. 

Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının məzunu olan Elvin hazırda işləyir. Masuma isə eyni ixtisasın 3-cü kurs tələbəsidir. Bu günə kimi təhsil aldıqları ali məktəbin Tələbə evində qalan gənclər hələ bir müddət də orada qalacaqlar.

 

 

Xəbər lenti