Xəzər Xəbər

QMİ-dən Ramazan ayının təqvimi ilə bağlı VACİB AÇIQLAMA VİDEO

Veb TV | 20:33 • 15 Aprel 2021
QMİ-dən Ramazan ayının təqvimi ilə bağlı VACİB AÇIQLAMA

Ramazanla bağlı yayılan təqvimlər bir-biri ilə ziddiyət təşkil edir. Bu isə ibadətlə məşğul olan insanları çaşdırır. İbadət yerinə yetirilərkən vaxt amili önəmli olduğu üçün vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar. Bəs yanılmamaq üçün hansı təqvim əsas götürülməlidir? 

Ramazan təqvimlərində fərqli vaxtların göstərilməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.

Vətəndaşlar deyir ki, bu problemlə hər ramazanda qarşılaşırlar. Onların sözlərinə görə Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlə digər təqvimlər zidiyyət təşkil edir. 

Bakıda dini mağazaların birində çəkiliş apararkən məlum oldu ki, ramazanla bağlı pulsuz paylanan təqvimi satıcı özü hazırlayıb. Həmin təqvim isə internet resuslarına əsasən, hazırlandığı üçün imsak və iftar vaxtları düzgün göstərilməyib.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ağasəid Yaqubov bildirdi ki, yanlış təqvimlər daha çox sosial şəbəkələrdə yayılır. Qurum rəsmisi qeyd etdi ki, vacib ibadətlər yerinə yetirilərkən vaxt amili çox önəmlidir. Ağasəid Yaqubov vurğuladı ki, vətəndaşlar yanılmamaq üçün ibadət zamanı Qafqaz Müsəlmanları idarəsinin tərtib etdiyi təqvimi əsas götürməlidilər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvim Şamaxı Astrofizika Rəsədxanasının göndərdiyi vaxta əsasən tərtib olunur. Təqvimi əldə etməkdə çətinlik çəkən vətəndaşlar qafqazislam.com elektoron ünvanına daxil olaraq imsak və iftarla bağlı dəqiq vaxtları öyrənə bilərlər.

 

Xəbər lenti