Xəzər Xəbər

Hacıqabulda taxıl sahələri susuzluqdan yanır VİDEO

Veb TV | 19:57 • 13 Aprel 2021
Hacıqabulda taxıl sahələri susuzluqdan yanır

Hacıqabul rayonunun Nəvahi kəndində taxıl sahələrinin suvarılmasında ciddi çətinliklər var. Fermerlər iddia edirlər ki, suyun olmaması bitkinin inkişafını ləngidir. Onların sözlərinə görə vəziyyət belə davam etsə, məşhur "qırmızı nəvahi buğdası"nın məhsuldarlığı çox aşağı olacaq. Məsələyə rayon suvarma sistemləri idarəsindən aydınlıq gətirilib.

Uzun müddətdir ki, hektarlarla taxıl sahəsini suvarmaq üçün su tapılmır

Kadrlar Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb. 

Taxıl əkini ilə məşğul olan kəndlilərin sözlərinə görə toxum səpini ötən ilin oktyabr ayında aparılsa da, sahələri suvarmaqda çətinlik çəkirlər. Suvarma kanalları quruyub. Fermer deyirlər ki, əkin sahələri suvarılmadığından bitkinin inkişafı çox zəif gedir. Belə olduğu təqdirdə məhsuldarlıq da aşağı olacaq.

Məsələ ilə bağlı Hacıqabul Suvarma Sistemləri İdarəsindən bildirildi ki, Nəvahi kəndi və eyni adlı qəsəbənin əsas su mənbəyi Pirsaat çayı və Pirsaat su anbarıdır..Çay yağış və qar suları ilə qidalanır. Çayda sululuq az olduğuna görə belə vəziyyət yaranıb.  

İndi sakinlər çəkdikləri əziyyətin bəhrəsini görmək, bol məhsul əldə etmək üçün suyun verilişini gözləyirlər. 

 

Xəbər lenti