Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Tikinti materialları bahalaşdı: səbəb nədir? VİDEO

Veb TV | 407 | 20:05 • 13 Aprel 2021
Tikinti materialları bahalaşdı: səbəb nədir?

Son vaxtlar tikintidə daha çox istifadə olunan materilların qiyməti artıb. Artım daha çox fərdi evlərin tikintisi üçün zəruri mişar daşlarında özünü göstərir. Bu materialın qiymətində 25-30 faiz artım olub. Əməkdaşımız anar əsədov digər tikinti materiallarının qiymətini də araşdırıb.

Bazarlarda bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur.

Tikintidə ən çox istifadə olunan daş, qum, çınqıl və sement ötən aylarla müqayisədə bahalaşıb. Tikinti bazarında mişar daşları alıcılara fərqli qiymətlərə təklif olunur. 1 maşın daş 450-500 manata başa gəlir. Satıcılar deyirlər ki, bahalaşmanın əsas səbəblərindən biri də daş karxanalarının qiyməti artırmasıdır.

Bazarda qum və sementin qiyməti də dəyişib. Əvvəl 40 qəpiyə təklif olunan qumun kisəsi indi 50-60 qəpiyə satılır. Qumun kubu isə 18-20 manata təklif olunur. Sementin kisəsi 6 manatdan başlayır. 

Satıcılar deyirlər ki, alıcılıq səviyyəsi son vaxtlar bir qədər düşüb. Bəzən bazarda daş satmaq üçün günlərlə qalmalı olurlar.

Paytaxt ərazisində sifarişlə tikinti materillarının daşınmasını həyata keçirən fərdi sürücülər bildirdilər ki, əvvəl 30 manata apardıqları sifarişi hazırda ünvana 35 manata çatdırırlar.

Xəbər lenti

Çox oxunanlar