Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Bakının tıxac problemi niyə bitmir? VİDEO

Veb TV | 222 | 19:51 • 13 Aprel 2021
Bakının tıxac problemi niyə bitmir?

Səhər işə gələrkən və eyni qaydada, axşam işdən qayıdarkən demək olar ki, bir çox sürücü yolda tıxacda qalır. Tıxaclar bəzən saatlarla vaxt aparır. Paytaxtın mərkəzi küçələri əsas prospektlərdə bir qayda olaraq sıxlığın olması avtobusların hərəkətinə də təsir edir. Tıxacın səbəbləri isə müxtəlifdir.

Tıxacda saatlarla qalan sürücülər, sıxlıqdan yaranan uzun avtomobil karvanı.

Son bir neçə gündür şəhərin mərkəzi küçələrində müşahidə edilən mənzərə belədir. Xüsusilə də səhər saatlarında sürücülər uzun müddət yollarda qalmalı olurlar.

Bəzi sürücülər tıxacda avtomobili söndürüb yolun açılmasını gözləyir, bəziləri isə alternativ yollar axtarmağa çalışırlar.

Yolda yaranan tıxac səbəbindən avtobusların intervalında da gecikmələr yaranır. Gecikmələr səbəbindən vətəndaşlar mənzil başına vaxtında çata bilmirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli tıxacların yaranmasının bir neçə səbəbinin olduğunu deyir. Həm avtomobillərin sayının çox olması, həm də parklanma qaydalarının pozulması bir çox yolda mütəmadi olaraq sıxlıq yaradır.

Həmçinin metronun bağlı olması səbəbindən avtobuslar ictimai nəqliyyatın yükünü tam qaldıra bilmir. Nəticədə taksilərə də tələbat artdığından yollarda avtomobillər çoxalır ki, bu da nəticə etibarilə tıxaclara səbəb olur.

 

 

Rubrikanın digər xəbərləri

Laçın rayonunun Əhmədli kəndi
Laçın rayonunun Əhmədli kəndi VİDEO
21 | 16:56 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir
Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO
51 | 11:50 • 13 İyun 2021
Cəbrayıl rayonundan yeni görüntülər
Cəbrayıl rayonundan yeni görüntülər VİDEO
43 | 11:08 • 13 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı
Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO
86 | 21:17 • 12 İyun 2021
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz VİDEO
74 | 20:42 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"
Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO
57 | 20:11 • 12 İyun 2021

Xəbər lenti

Kür çayında iki nəfər batıb
18 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar