Xəzər Xəbər

Hərarəti yüksək olan abituriyentlər imtahana buraxılacaqmı? video

Veb TV | 20:44 • 9 Aprel 2021
Hərarəti yüksək olan abituriyentlər imtahana buraxılacaqmı?

İmtahanların vaxtı yaxınlaşdıqca, abituriyent və valideynlərin narahatlıqları da artır. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə hərarəti yüksək olan abituriyentlərin imtahana buraxılmaması ilə bağlı məsələ müzakirə olunur. Səbəb isə ötən il buraxılış və qəbul imtahanlarında hərarəti 37° olan şagird və abituriyentin imtahana buraxılmaması idi.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə bildirdi ki, koronavirus pandemiyası dövründə təmsil etdiyi qurum tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur.

Xanlar Xanlarzadə onu da qeyd edib ki, ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb.

Qeyd edək ki, aprelin 15-dən etibarən tam orta təhsil səviyyəsi üzrə buraxılış və qəbul imtahanının birinci mərhələsinin keçirilməsilə bağlı qərar verilib. 15, 16, 22,23 və 29,30 aprel tarixlərində ölkənin rayon və şəhərlərində keçirilən imtahanların aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti