Xəzər Xəbər

Koronavirusun ev heyvanları arasında yayılması araşdırılır video

Veb TV | 20:50 • 7 Aprel 2021
Koronavirusun ev heyvanları arasında yayılması araşdırılır

Koronavirusun ev heyvanları arasında yayılmasının araşdırılması istiqamətində tədqiqatlara başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, elmi-tədqiqat işlərini Qida Təhlükəsizliyi İnstitutu həyata keçirir.

Tədqiqatlar bir neçə mərhələdən ibarətdir. Hazırda davam edən ilk mərhələdə baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanan it və pişiklərdən müvafiq nümunələr götürülür. Məqsəd insanlardan ev heyvanlarına COVID-19 virusunun keçməsi ehtimalının və ev heyvanları arasında virusun yayılmasının qiymətləndirilməsidir.

Tədqiqatlar zamanı COVID-19 testi pozitiv çıxmış və ya xəsətəlik şübhəsi olan insanların saxladığı, eləcə də bu insanlarla sıx təmasda olan ev heyvanlarından nümunələr götürülür.

Tədqiqatlar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti