Xəzər Xəbər

Bağçaların fəaliyyəti ilə bağlı qərar verildi video

Veb TV | 19:38 • 5 Aprel 2021
Bağçaların fəaliyyəti ilə bağlı qərar verildi

Aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda  dövlət və özəl bağçaların fəaliyyətinin dayandırılacağı bildirilmişdi. Lakin aprelin 3-də "facebook" hesabında sualları cavablandıran təhsil naziri Emin Əmrullayev sözügedən rayonlarda bağçaların fəaliyyətini davam etdirəcəyini açıqladı.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında bağçaların bağlı olması isə valideynlər arasında çaşqınlıq yaradıb.

Çəkiliş apardığımız zaman məlum oldu ki, bağçalarda işləyən tərbiyəçi və müəllim heyətinin tam vaksinasiya olunması ilə bağlı tapşırıq verilib. Məhz bu proses yekunlaşmadığı üçün  bağçaların fəaliyyəti bərpa olunmayıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti sabahdan bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti