Xəzər Xəbər

Ermənistan azərbaycanlılara qarşı cinayətkar siyasətini davam etdirir video

Veb TV | 19:54 • 5 Aprel 2021
Ermənistan azərbaycanlılara qarşı cinayətkar siyasətini davam etdirir

Ermənilərin basdırdığı çoxsaylı minalar insanlara təhlükə yaratmaqla yanaşı ekoloji tarazlığı da məhv edir. Çünki, onların tərkbində zərərli kimyəvi maddələr mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı brifinqdə çıxışı zamanı  deyib.

Onun sözlərinə görə, ermənilər müharibə gedən zaman da çoxsaylı minalar basdırıblar.

Prezidentin köməkçisi bildirib ki, mina xəritələrini gizlətməklə Ermənistan azərbaycanlılara qarşı hər zaman həyata keçirdiyi cinayətkar siyasətini nümayiş etdirir.

BMT-nin inkişaf proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist sözügedən təşkilatın minalardan təmizləmə prosesinə dəstək verdiyini və bu məqsədlə Azərbaycana 1 milyon dollar vəsait ayırdığını diqqətə çatdırıb.

2020-ci ilin noyabrında minaya düşərək qardaşını itirən və bir ayağından məhrum olan Asif Əhmədov vətəndaşları minalardan təmizlənməmiş ərazilərə keçməməyə çağırıb.

Brifinqdə iştirak edən xarici ölkələrin səfirləri minalardan təmizləmə işlərinin yekunlaşması üçün mina xəritələrinin verilməsinin önəminə diqqət çəkiblər. Tədbir çərçivəsində ölkəmizin vətəndaş cəmiyyətinin təmsilçiləri mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti