Xəzər Xəbər

Bazarda kütüm balığı tapılmır video

Veb TV | 19:50 • 3 Aprel 2021
Bazarda kütüm balığı tapılmır

Son vaxtlar Xəzər dənizinin Azərbaycan sektorunda ziyad, el arasında isə daha çox kütüm kimi tanınan balıq növü azalıb.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyir ki, əvvəlki illərlə müqayisədə bazara yerli kütüm balığı ədədlə gəlir. Üstünlüyü isə İran və Rusiyadan gətirilən balıqlar təşkil edir.

Alıcılar isə deyir ki, bazarda yerli kütüm balığı tampmaq çətindir.

Xaricdən gətirilən kütüm balığı ilə yerli balıq arasında qiymət də fərqlidir. Məsələn, İrandan ölkəyə idxal olunan balığın qiyməti 8-9 manat arasında dəyişir.Yerli kütüm balığı isə 15 manata təklif olunur.

AMEA-nın Zoologiya İnstitutundan "Xəzər Xəbər"ə bildirilib ki, ekoloji vəziyyətin dəyişməsi balıqların kürütökmə yerlərini sıradan çıxarıb. Buna görə də, son dövrlərdə Xəzər dənizində kütüm balığının azalması müşahidə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti