Xəzər Xəbər

Bakıda qadını baltalayaraq gölə atıblar video

Veb TV | 19:24 • 3 Aprel 2021
Bakıda qadını baltalayaraq gölə atıblar

Qadın həyat yoldaşı ilə birgə ögey anasını öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət paytaxtın Binəqədi rayonunda baş verib.

Martın 25-də, 42 yaşlı Qərənfil Baxışəliyevanın  Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 12-i ünvanında yaşadığı evdən çıxaraq geri qayıtmaması barədə rayon polis idarəsinə məlumat verilib. Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilən  ağır cinayətin üstü açılıb.

Hüquq-mühafizə orqanlarının və məhkəmə tibbi ekspertin iştirakı ilə 9 gün suda qalan qadının meyti çıxarılıb. Ekspertlər Qərənfil Baxışəliyevanın bədənində bir neçə balta zərbəsi aşkar ediblər.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Mərhumun həyat yoldaşı ''Xəzər Xəbər''ə şifahi olaraq bildirdi ki, hadisə baş verən vaxt o, işdə olub. 

Qeyd edək ki, hadisənin nədən baş verməsi istintaqda araşdırılır.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda ''Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti