Xəzər Xəbər

Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı VİDEO

Veb TV | 21:56 • 2 Aprel 2021
Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı

Bu gün şanlı aprel qələbəsindən beş ıl ötür. 2016-cı il, aprelın əvvəllərində Ermənıstan sılahlı qüvvələrının təxrıbatlarına cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməlıyyatı keçırdı və düşmənı ağır məğlubıyyətə uğratdı. Cəmı 4 gün ərzındə düşmənın 320-dən artıq canlı qüvvəsı məhv edıldı,   500-dən artığı yaralandı, 30-dək tankı və dıgər zırehlı texnıkası, 25-dən artıq artıllerıya qurğusu sıradan çıxarıldı. Bir sözlə, böyük zəfərə gedən yol başladı. 

Zəfərimiz, qələbəmiz, bizləri Qarabağa aparan işıqlı və  inamlı yolumuz da elə o gündən başladı. 2016-cı il 1 aprel gecəsindən. O gecə şanlı  ordumuz  illərin sükutunu pozaraq, düşmənə kimliyimizi, mənlik və mərdliyimizi necə lazımdır sübut etdi.

Həmin vaxt vəziyyət belə idi. Azərbaycan ordusu dayanmadan, iri addımlar ilə irəliləyir, düşmən isə qaçmağa yer və yol axtarırdı. Öz silahlarına çox güvənən erməni silahlı birləşmələri, Azərbaycan ordusunun silahları ilə yanaşı, görünür, canlı qüvvəsindən də xəbərsiz olub.

Tankların qabağına düşərək, düşmənin iriçaplı silahlarının yerini aşkar edən Xüsusi Təyinatlıların giziri Əli Eynullayev isə aprel döyüşlərindən başlayaraq, düşmənin qorxulu yuxusuna çevrildi. 

Cəmi 4 gün ərzində şanlı ordumuz Talış və Tapqaraqoyunlu arasında yerləşən, sonradan Bayraqtəpə adlandırılan yüksəklik ilə yanaşı, Lələtəpəni də ələ keçirdi.  Artıq düşmənin beli qırılmışdı. Çünki, məhz bu yüksəkliklər sayəsində ermənilər illərdir ki, Horadiz şəhəri, Tapqaraqoyunlu, Əhmədbəyli və Cocuq Mərcanlını atəş altında saxlayır, dinc əhaliyə güllə yağdırırdı. Lələtəpəsiz çıxılmaz vəziyyətdə qalıb, öz çirkin niyyətini reallaşdıra bilməyən düşmən qüvvələri burada da ən axırıncı yola əl atırlar.

Aprel döyüşləri Azərbaycan Ordusunda böyük inam və ruh yüksəkliyi yaratdı. Düşmənin bütün potensialına dərindən bələd olan,   qələbə ruhlu ordumuz 2020-ci ilin sentyabrında böyük ruh yüksəkliyi ilə Vətən Müharibəsinə yollanıb, Azərbaycan adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Şəhid və qazi qardaşlarımızın xatirəsinə dərin ehtiramla.

Xəbər lenti