Xəzər Xəbər

Bu gün güldürərək düşündürənlərin günüdür - “Bakılı Oğlanlar”ın 30 yaşı tamam olur VİDEO

Veb TV | 21:31 • 1 Aprel 2021
Bu gün güldürərək düşündürənlərin günüdür - “Bakılı Oğlanlar”ın 30 yaşı tamam olur

Bu gün gülüş günüdür. Gülmək insanı bir neçə dəqiqəlik də olsa bütün qayğı və problemlərdən uzaqlaşdırır. Onlar da illərlə məhz bunun üçün çalışdılar. Amma təkcə güldürmək üçün yox, həm də düşündürmək üçün. ''Bakılı oğlanlar''  KVN  komandasının böyük səhnəyə çıxmasından 30 il keçir. 

Güldülər, güldürdülər. Gülüş günü böyük səhnəyə çıxan "Bakılı oğlanlar" KVN komandası tamaşaçıların üzündə illərlə solmayan gülüşün səbəbkarı oldular. 

Düz 30 il bundan öncə başladı hər şey. Kiçik tərkiblə fəaliyyətə başlayan "Bakılı oğlanlar" qısa zaman çərçivəsində öz gülüşləri ilə, necə deyərlər, dünyaya meydan oxudular. Bütün səhnəciklərdə insanları gülə-gülə düşünməyə, olan, olub və olacaqlardan nəticə çıxarmağa sövq etdilər. 

Onlar ilk dəfə böyük səhnəyə 30 il bundan öncə məhz gülüş günü çıxdılar. "Bakılı oğlanlar" aprelin 1-dən başlayan səhnə fəaliyyətləri ilə silinməyən tarix yazıb, yenilənməyən rekorda imza atdılar. 1992-ci il mövsümünün çempionu, 1993-cü il mövsümünün vitse-çempionu, 1995-ci ildə yay kubokunun qalibi, 2000-ci ildə isə XX əsrin çempionu oldular. Bütün yarışlardan gül, çiçək, tərif, alqış, müxtəlif medallarla qayıdan "Bakılı oğlanlar"ın uğurunun əsas səbəbkarı isə komandanın kapitanı Anar Məmmədxanov idi. 

"Bakılı oğlanlar" ilk və tək komanda idi ki, ulu öndər belə onları sevir, tamaşaçılarla birgə konsert zalında canlı izləyirdi. Heydər Əliyevin bu dəstəyi, içdən gülüşü, özünəməxsus zarafatları gənc komandanı  daha böyük uğurlara sövq edirdi. 

"Bakılı oğlanlar" 30 il ərzində sübut etdilər ki, həqiqətlərin satirik dildə təqdim edilməsi daha təsirli və düşündürücü olur. 

30 illik səhnənin unudulmaz sənətkarları, yubileyiniz mübarək.

 

 

 

 

Xəbər lenti