Xəzər Xəbər

Azərbaycanda məktəblər bağlanır VİDEO

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır
Veb TV | 22:23 • 1 Aprel 2021
Azərbaycanda məktəblər bağlanır

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Bakı başda olmaqla, bəzi rayon və şəhərlərdə məktəblərdə ənənəvi tədris dayandırılır. Aprelin 5-dən etibarən bu ərazilərdə dərslər distant formada davam etdiriləcək. 

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili nəzərdə tutulur. 

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən ənənəvi formada davam etdiriləcək. Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur. Bəs görəsən verilən qərar məktəbəqədər təhsili və repititorluq fəaliyyətini əhatə edirmi?

Nazirlik rəsmisi müəllimlər arasında aparılan vaksinasiya prosesi ilə bağlı son vəziyyətə də aydınlıq gətirib.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev öz feysbuk səhifəsində yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədrisin ənənəvi formada həyata keçiriləcəyini, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

 

Xəbər lenti