Xəzər Xəbər

Ağdamda açıq səma altında muzey yaradılacaq VİDEO

Veb TV | 20:35 • 31 Mart 2021
Ağdamda açıq səma altında muzey yaradılacaq

Mədəniyyət naziri Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksini ziyarəti zamanı jurnalistlərin suallarını da cavablandırıb. Nazir Molla Pənah Vaqifin Şuşadakı Məqbərəsinin bərpası, Ağdamda açıq səma altında işğal muzeyinin inşası və digər məsələlərə toxunub.

Zəfər Muzeyi möhtəşəm kompleks muzey olacaq. Bu barədə Qubada jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, muzeyin inşasına layihə təsdiq olunduqdan sonra başlanacaq.

Anar Kərimov Ağdamda açıq səma altında işğal muzeyinin inşasının nəzərdə tutulduğunu və prosesə beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib.

Prezidentin sərəncamı ilə Şuşada Vaqifin məqbərəsinin də bərpa işlərinə başlanıb. Nazirin sözlərinə görə, bu proses yay aylarında başa çatacaq.

Nazir onu da qeyd edib ki, bu il Şuşada Xarı Bülbül festivalının keçirilməsi də nəzərdə tutulub.

 

 

Xəbər lenti