Xəzər Xəbər

Sabahdan sərnişin avtobuslarının hərəkəti bərpa edilir video

Veb TV | 21:28 • 28 Mart 2021
Sabahdan sərnişin avtobuslarının hərəkəti bərpa edilir

Sabah səhər saat 6-dan etibarən ölkə ərazisində ictimai nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət başa çatır. Avtobusların fəaliyyətinə qoyulmuş 9 günlük qadağa aradan qalxır.

Xezerxeber.az-ın məlumatına görə, bayram günlərində dövlət qurumları işləməsə də, özəl sektorda iş prosesi davam edib.

Vətəndaşlar deyirlər ki, avtobuslar işləmədiyindən əksər vaxtı işə taksi ilə getməyə məcbur olublar. Bu da onların büdcəsi üçün əlavə xərcdir.

Taksi sürücülərinin sözlərinə görə, bu müddət ərzində müştəriləri çox olub.

Vətəndaşlar avtobusların işə başlayacağına sevinsələr də, bəzi çətinliklərin aradan qaldırılmasını gözləyirlər. Onların intervalların azaldılmasını və xəttə daha çox avtobusların çıxarılmasını istəyirlər ki, sıxlıq yaşanmasın.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sərnişindaşıma qaydalarına uyğun olaraq sabah da həm xətlərə çıxarılan avtobusların sayı, həm də avtobuslararası intervalı sərnişin tələbatına uyğun tənzimlənəcək. Lakin yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq olarsa bu zaman intervallarda gecikmələrin olması da istisna deyil: "Bunun olmaması üçün fərdi avtomobil sürücülərinə tövsiyə edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşılsın və mümkün qədər avtobusların hərəkətinə maneə yaradılmasın".

Qeyd edək ki, sabahdan etibarən şəhərdaxili ictiami nəqliyyatın fəaliyyətinə icazə verilsə də, rayonlararası avtobusların hərəkətinə qoyulan qadağa hələ də qüvvədədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti