Xəzər Xəbər

Novruz tətili başa çatır, sərnişindaşımada sıxlıq var - Qiymətlər necədir? video

Veb TV | 19:22 • 28 Mart 2021
Novruz tətili başa çatır, sərnişindaşımada sıxlıq var - Qiymətlər necədir?

Novruz tətili bu gün başa çatır. İstirahət üçün rayonlara yollananlar Bakıya geri qayıdırlar. 

Xezerxeber.az-ın məlumatına görə, adi günlərdən fərqli olaraq bu gün sərnişindaşımada sıxlıq müşahidə olunur. İstər taksilərə,  istərsə də minivanlara tələbat çoxdur. Qiymətlərə gəldikdə, məsələn, Zaqataladan Bakıya gəlmək bir nəfər üçün 15-25 manata başa gəlir.

Sürücülər vəziyyətdən razı olsalar da,  sərnişinlər şimal-qərb rayonlarından Bakıya gəlməyin onlara baha başa gəldiyini deyirlər. Səbəb isə avtobuslarla səfərlərin ləğv edildiyi üçün taksilərin qiymətləri bahalaşdırmasıdır.

Taksi sürücüləri isə deyir ki, Zaqataladan Bakıya qiymət bir nəfər üçün 25 manatdır.

Tovuzdan Bakıya gələnlər də az deyil. Minivanla Bakıya gəlmək 20 manat, taksi ilə isə 25-30 manata başa gəlir.

İsmayıllıda da adi günlərlə müqayisədə bu gün canlanma müşahidə olunur. Qiymətlər isə dəyişməyib.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar 9 günlük bayram tətili bu gün başa çatır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti