Xəzər Xəbər

Azərbaycanın dini abidələrinə qarşı erməni vandalizmi - İrəvanda Zal xan məscidinin yerində hotel tikilib video

Veb TV | 20:28 • 27 Mart 2021
Azərbaycanın dini abidələrinə qarşı erməni vandalizmi - İrəvanda Zal xan məscidinin yerində hotel tikilib

Ermənilərin Azərbaycan xalqına, onun mədəni, tarixi, dini abidələrinə qarşı vandalizm aktları sərhəd tanımır. İstər işğal dövründə Qarabağ torpaqlarında olan abidələrimiz, istərsə də Ermənistan ərazisində xalqımıza məxsus yüz illərlə tarixi olan mədəni irsimiz erməni vəhşiliyinin qurbanına çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, vandalizmə məruz qalmış abidələrimizdən biri də Zal xan məscididir. Məscid İrəvanın Qala və Təpəbaşı massivləri arasında, Köhnə şəhər adlanan hissədə yerləşib. Dini abidənin 1679-cu il zəlzələsindən sonra inşa edildiyi qeyd olunur.

Bakı Dövlət Universitetinin tarix fakultəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədovun sözlərinə görə, Zal Xan məscidi ermənilər tərəfindən müxtəlif zamanlarda fərqli məqsədlər üçün istifadə edilib. Ermənilər daha sonra məscidin böyük zalını dağıdaraq yerində hotel inşa ediblər. 1999-cu ildə rekonstruksiya edilən hotel hazırda "Golden Tulip Hotel Yerevan" adı ilə fəaliyyət göstərir.

Mədəni irsimizin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi onu göstərir ki, Ermənistan azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu isə Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan sərhədsiz nifrətin bariz nümunəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti