Xəzər Xəbər

Bakıda qarajdan 50 min manatlıq məişət əşyaları, məktəbdən isə büst oğurlanıb video

Veb TV | 19:19 • 27 Mart 2021
Bakıda qarajdan 50 min manatlıq məişət əşyaları, məktəbdən isə büst oğurlanıb

Bakıda qarajdan 30 min dollarlıq oğurluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsindəki qarajlardan birində baş verib.

Zərərçəkmiş polisə məlumat verib ki, ona məxsus qarajdan 30 min dollar dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb. 26-cı Polis Bölməsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qarajdan oğurluq edən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Qədirov və İnam İlyasovu saxlayıblar.

İlkin dindirilərkən törətdiyi cinayəti etiraf edib. O, həmin mebelləri Salyan rayonuna apararaq satdığını deyib.

Qeyd edək ki, polis dəyəri 50 min manat olan məişət əşyalarından bir qismini Mais adlı şəxsdən götürərək sahibinə qaytarıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Bakıda polis həmçinin məktəbin qarşısından büst oğurlayan dəstəni də ifşa edib. Buzovna qəsəbəsindəki 206 saylı orta məktəbin qarşısında quraşdırılmış, dəyəri 7 min manat olan büst oğurlayanlar - Elman Mirzəyev, Emil İsgəndərov, Ruslan Səmədov, Vidadi Quliyev və Eldar Mirzəyevi Xəzər Rayon 2-ci Polis Şöbəsi əməkdaşları saxlayıb.

Dəstə barəsində cinayət işi başlanıb, polis onların digər cinayətlərinin olub-olmamasını araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti