Xəzər Xəbər

Avropa Parlamenti üzvlərinin bəyanatı qərəzli və əsassızdır video

Veb TV | 20:58 • 25 Mart 2021
Avropa Parlamenti üzvlərinin bəyanatı qərəzli və əsassızdır

Avropa Parlamentinin üzvlərinin bu il martın 23-də Azərbaycanla bağlı verdiyi birgə bəyanat erməni lobbisinin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyalarının nəticəsidir. Həmin bəyanatda yer alan iddiaların isə  heç birinin  əsası yoxdur. 

Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

Cavanşir Feyziyev bildirib ki, Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi ilə bağlı “Human Rights Watch” təşkilatının əsassız iddialarını özündə əks etdirən adı çəkilən birgə sənəd Avropa Parlamenti üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir: "Bu kimi əsassız bəyanatla çıxış etməzdən öncə Avropa Parlamenti məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı". 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti