Xəzər Xəbər

Qəhrəman şəhidimiz Vahib Əliyev - O, 2 medalla təltif edilib video

Veb TV | 21:12 • 25 Mart 2021
Qəhrəman şəhidimiz Vahib Əliyev - O, 2 medalla təltif edilib

Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizdən biri də Vahib Əliyev olub.

Xezerxeber.az-ın məlumatına görə, Vahib Əliyev 4 bacının bir qardaşı idi. Döyüşlərə könüllü olaraq yollanmışdı. Tək nigarançılığı anasından idi. Odur ki, döyüşlərdə olan zaman bacıları ilə danışanda onlara anasından müğayət olmalarını tapşırardı...

Vahib Ramiz oğlu Əliyev 24 mart 1997-ci ildə Sabirabadın Bulduq kəndində dünyaya göz açib.Vahib 2015-ci ildə atasını itirib, o vaxtdan anası ilə yaşayıb. Vahib anasına təkcə oğul yox, həm də dost, sirdaş olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanaraq vətənə olan borcunu yerinə yetirib. Sentyabr ayında başlayan Vətən mühribəsində iştirak etmək üçün  könüllü olaraq cəbhəyə yola düşüb.

Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində aparılan döyüş əməliyyatlarında qəhrəmancasına iştirak edən Vahib düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.

Qubadlıya daxil olarakən güllə yarası alan Vahib irəliləmək istəsə də, komandirləri və hərbçi yoldaşları məsləhət bilməyib. Amma Vahib onlara "siz hara, məndə ora" deyərək Qubadlı uğrunda döyüşə girir. Oktyabr ayının 21-dən 22-nə keçən gecə şəhidlik zirvəsinə ucalır.

Qeyd edək ki, Vahib Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə  " medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti