Xəzər Xəbər

Zəfər Muzeyi və Memorial kompleksin tikiləcəyi yer bilindi VİDEO

Veb TV | 21:57 • 21 Mart 2021
Zəfər Muzeyi və Memorial kompleksin tikiləcəyi yer bilindi

Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlıq və tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi, Xətai rayonunda yerləşən "Hərbi Qənimətlər Parkı"-nda yerləşəcək.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin inşa ediləcəyi ərazi məlum olub. 

Mədəniyyət Nazirliyinin Informasiya və Ictimaiyyətlə əlaqələr sobəsinin mudiri Məryəm Qafarzadə  bildirib ki, Zəfər muzeyinin məzmunun hazırlanması və qısa müddətdə bununla bağlı işçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə olunub. 

Məryəm Qafarzadə bildirib ki  toplanacaq materialların müasir standartlar səviyyəsində və müxtəlif kreativ vasitələrlə muzeydə təqdim edilməsi planlaşdırılır.

Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. 

 

 

Xəbər lenti