Xəzər Xəbər

Qazaxda ağır qəza: 2 nəfər öldü, 2 nəfər yaralandı VİDEO

Veb TV | 18:26 • 21 Mart 2021
Qazaxda ağır qəza: 2 nəfər öldü, 2 nəfər yaralandı

Rayon yolları bayram günlərində də qəzasız ötüşmədi. Qazaxda baş verən qəzada 2 nəfər ölüb, Şirvanda isə yolu keçmək istəyən piyadanı avtobus vurub.

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Çaylı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik maşını toqquşub. Nəticədə 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Ölənlər Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı  Elvin Xəlilovdur.Həmçinin 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şirvanda isə piyadanın ölümü ilə  nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb

Şirvan sakini idarə etdiyi mikro avtobusla yolu keçmək isətəyən 32 yaşlı Sabirabad rayonunun Dadaşbəyli kənd sakini Pərviz  Məmmədovu  vurub. Nəticədə ağır xəsarətlər alan yaralı  Xəstəxanaya çatdırılsa da, onun həyatının xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar