Xəzər Xəbər

Ermənilərin hədəfdə saxladığı kənddə 30 il sonra Novruz şənliyi VİDEO

Veb TV | 20:08 • 21 Mart 2021
Ermənilərin hədəfdə saxladığı kənddə 30 il sonra Novruz şənliyi

30 il sonra ilk dəfədir ki, Ağdamın Əfətli kəndində bayram fərqli şəkildə qeyd olunur. Hər kəs tonqal ətrafına yığışaraq ilk dəfə bayramı daha xoş əhval-ruhiyyə ilə, heç bir qorxu olmadan qeyd edirlər.

Tonqallar qalanıb, bayram yeməkləri bişirilib. Süfrələr açılıb, bir-birindən dadlı təamlar düzülüb.

Ağdamın Əfətli kəndində hər kəs fərqli bir həyəcan içindədir. 30 ildən sonra bu kənddə Novruz bayramı daha təntənəli və daha təhlükəsiz şəkildə qeyd olunur. Artıq keçmiş cəbhə kəndində nə düşmən gülləsinin səsi eşidilir, nə də insanlar bayramı qorxu içində keçirməli olurlar.

Kənd sakinləri bildirirlər ki, 30 ilə yaxın bir müddətdə bayramlar sönük keçib. Sırf azyaşlıların xatirinə bayram keçiriblər. Amma bu il ab-hava başqadır. 

Kənd sakinlərinin narahatlıqları təkcə bayramlarla bağlı olmayıb. Bu müddət ərzində onlar torpaqlarını da rahat və təhlükəsiz şəkildə əkib-becərə bilmədiklərindən bu, onların güzəranlarına da mənfi təsir etmişdi.

İndi Əfətli sakinləri Azərbaycanın dörd bir yanına yayılmış məcburi köçkünlərin növbəti bayramları öz dədə-baba yurdlarında, bərpa edilmiş ev-eşiklərində keçirmələrini arzu edirlər.

Xəbər lenti