Xəzər Xəbər

“Bir millət, iki dövlət: qardaşlıq dastanı” adlı müzikl hazırlanacaq VİDEO

Veb TV | 20:17 • 20 Mart 2021
“Bir millət, iki dövlət: qardaşlıq dastanı” adlı müzikl hazırlanacaq

Azərbaycan və Türkiyənin ortaq keçmişindən bəhs edən "Bir millət, iki dövlət, qardaşlıq dastanı" adlı müzikl üzərində işlər başa çatmaq üzrədir. Layihənin müəllifi, Türkiyənin məşhur "Anadolu Atəşi" rəqs qrupunun baş rəqqası, əslən Azərbaycan türkü olan Sərhat Turakdır. 

Məşhur "Anadolu atəşi" rəqs qrupunun baş rəqqası, əslən Azərbaycandan olan ifaçı Sərhat Turak "Bir millət iki dövlət. Qardaşlıq dastanı" adlı yeni bir layihəni səhnələşdirməyə hazırlaşır. 30 ildən çox dünyanın müxtəlif ölkələrində Azərbaycan və Türkiyə rəqslərini ifa edən rəqqas bu layihəni Vətən müharibəsində qazandığımız zəfərə həsr edib. 

Tarixdən bu günə Türkiyə və Azərbaycanın keçdiyi yol rəqsin dili ilə tamaşaçıya çatdırılacaq. Bu günə qədər dünyanın yüzdən çox ölkəsinin səhnəsində Azərbaycan və Türkiyə  bayraqlarını dalğalandıran ifaçı bu layihənin onun ən böyük arzusu olduğunu deyir:  

O, bu ideyasını həyata keçirmək üçün çox böyük vaxt sərf edib. Layihənin hazırlanma mərhələsində dəfələrlə Azərbaycana gəlib, tarixi yerləri ziyarət edib, hətta Təbrizə - ustad Şəhriyarın evini ziyarət etməyə gedib. Bu yolda ona hər iki ölkənin tarixçiləri də kömək edib.  

Zəfərimizə həsr olunan bu muziklin 8 noyabr 2021-ci ildə Şuşada səhnələşdirilməsi nəzərdə tutulur. Artıq bu barədə işlər gedir.

Xəbər lenti