Xəzər Xəbər

BNA Bakının havasını korlayan avtobuslardan imtina edəcək VİDEO

Veb TV | 21:02 • 20 Mart 2021
BNA Bakının havasını korlayan avtobuslardan imtina edəcək

Gələn ildən etibarən Bakıya dizellə işləyən avtobuslar gətirilməyəcək. Onları sıxılmış təbii qazla işləyən CNG avtobuslar əvəzləyəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri məlumat verib. Qurum rəsmisi bu il Bakıya 320 yeni avtobusun gətiriləcəyini də bildirib. 

Hazırda paytaxtda fəaliyyət göstərən 2100 avtobusdan cəmi 715-i sıxılmış qazla işləyir. 2022-ci ildən etibarən isə Bakıya dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək.Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib. 

Vüsal Kərimlinin sözlərinə görə, sıxılmış təbii qazla işləyən avtobuslar dizel mühərriklər ilə  müqayisədə atmosferi 30-35% daha az çirkləndirir. Elə bu məqsədlə də bu il daha 320 CNG  avtobusun Bakıya gətirilməsi planlaşdırılır.

BNA İdarə Heyətinin sədri qeyd edib ki, avtobusların dəyişməsi,həmçinin,  nəqliyyat infrastrukturuna qoyulan investisiyalar sərnişinlərin sayına da müsbət təsir göstərib. Əgər 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə  bu rəqəm  801 milyon olub.

 

Xəbər lenti