Xəzər Xəbər

Hər gün təcili yardıma 1800 çağırış olur - Daha çox nə ilə bağlı müraciət edilir? VİDEO

Veb TV | 19:55 • 19 Mart 2021
Hər gün təcili yardıma 1800 çağırış olur - Daha çox nə ilə bağlı müraciət edilir?

Mart ayında təcili tibbi yardıma çağırışların sayı artıb. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, müraciətlər daha çox hərarətlə bağlıdır. Belə ki, yaz aylarında mövsümi qriplərin sayında artım olduğu üçün vətəndaşlar koronavirus simptomlarından şübhələnir və təcili yardıma müraciət edirlər.

Yanvar-fevralla müqayisədə hərarətlə bağlı təcili yardıma müraciətlərin sayı artıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva bildirib ki, mart ayında təcili tibbi yardıma çağırışların sayı artıb. Yaz aylarında mövsümi xəstəliklərin sayında artım olduğu üçün vətəndaşlar koronavirus simptomlarından şübhələnir və təcili yardıma müraciət edir.

Nuridə Fərzəliyeva bildirib ki, vaksin olunan şəxslər tərəfindən də yüngül əks təsirlərlə bağlı təcili yardıma müraciətlər daxil olub.

Nuridə Fərzəliyeva onu da qeyd edib ki, bayram günlərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

 

Xəbər lenti

Çox oxunanlar