Xəzər Xəbər

Şirvan, Ağdaş və Neftçalada ağır yol qəzaları - 3 nəfər həyatını itirib video

Veb TV | 19:48 • 16 Mart 2021
Şirvan, Ağdaş və Neftçalada ağır yol qəzaları - 3 nəfər həyatını itirib

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Şirvan şəhər sakini Vurgun Dəmirov idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan həmyerlisi Musa Tağıyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Ağdaş rayonunda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 266-cı kilometrliyində, Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıya doğru hərəkət edən minik avtomobili yolu keçən piyada 16 yaşlı Uğur Həsənovu vurub. Piyada  aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. 

Neftçaladakı qəza da ölümlə nəticələnib. Rayonun Qədimkənd kənd sakini Natiq Əsədov avtomobillə hərəkətdə olarkən Aşağı Qaramanlı kənd sakini 38 yaşlı Rüstəm Əhədovu vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib

Faktlarla  bağlı araşdırmalar  aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar