Xəzər Xəbər

Avtobusda azyaşlının səhvən "stop'' düyməsini sıxması qalmaqal yaratdı video

Veb TV | 19:37 • 16 Mart 2021
Avtobusda azyaşlının səhvən "stop'' düyməsini sıxması qalmaqal yaratdı

Avtobusda azyaşlının ''stop'' düyməsini sıxması sürücü ilə sərnişin arasında mübahisəyə səbəb olub.

Mübahisə o həddə çatıb ki, sürücü ilə sərnişin biri-birini təhqir ediblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakıda fəaliyyət göstərən 39 nömrəli sərnişin avtobusunda baş verib. Həmin anları isə sərnişinlərdən biri mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb.

Məlumata görə, yaşlı qadının yanında olan nəvəsi səhvən avtobusun salonundakı ''stop'' düyməsini sıxıb. Buna etiraz edən sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Məhz bundan sonra əvvəlcə qadın, daha sonra isə sürücü bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Baş verənlər avtobusdakı digər sərnişinlərin də narazılığına səbəb olub. Hər kəs sürücüyə irad bildirərək, yaşlı qadını təhqir etməməsini deyib.

Baş vermiş hadisəyə Bakı Nəqliyyat Agentliyi də reaksiya verib. Qurumun mətbuat katibi Mais Ağayev deyib ki, daşıyıcı şirkət bu hadisə ilə bağlı Agentliyə çağırılıb. Şirkətin rəhbərindən izahat alınıb və məlum olub ki, sərnişinlə mübahisə edən Natiq Abdulrzakov adlı sürücüdür.

Daşıyıcı şirkətdən ''Xəzər Xəbər''ə bildirilib ki, sərnişinlə mübahisə edən sürücü ilə bağladıqları əmək müqaviləsinə xitam verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti