Xəzər Xəbər

Aqrar sığorta ilə bağlı kalkulyator istifadəyə verilib video

Veb TV | 22:31 • 15 Mart 2021
Aqrar sığorta ilə bağlı kalkulyator istifadəyə verilib

Mal-qaranın və bitkilərin sığortası ilə bağlı kalkulyator istifadəyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, fermerlər kalkulyatorun köməyi ilə heyvanların və bitkilərin sığorta haqqını hesablaya bilərlər.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” İdarə Heyətinin üzvü Elvin Əliyev bildirib ki, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Kalkulyatorla yalnız aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan heyvanlar və bitkilər üçün ödəniləcək məbləği hesablamaq mümkündür.

Kalkulyator Aqrar Sığorta Fondunun asf.gov.az internet saytında yerləşdirilib.

Yaxın vaxtlarda aqrar sığortaya cəlb olunan heyvanların və bitkilərin sayı artırılacaq və onlar barədə məlumatlar da kalkulyatora əlavə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti