Xəzər Xəbər

Bakıda binanın zirzəmisinə dolan su istilik sistemini sıradan çıxarıb video

Veb TV | 20:58 • 15 Mart 2021
Bakıda binanın zirzəmisinə dolan su istilik sistemini sıradan çıxarıb

Xətai rayonu, Zığ yolu bina 22-nin istilik sisteminin boruları yararsız vəziyyətə düşüb. Bu səbəbdən bir müddətdir ki, isti su zirzəmiyə axır. Buxardan bloklara daxil olmaq mümkün deyil, hətta liftlərdən də biri xarab olub.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən ünvanda məhəllədaxili xətlər ilə bağlı vəziyyət də qənaətbəxş deyil. Bu isə ərazidə başqa problemlər yaradıb.

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə dəfələrlə müraciət ediblər. Qurumun nümayəndələri əraziyə gəlsələr də, nəticə dəyişməyib.

Problemlə bağlı 6 saylı istilik sistemləri istismar sahəsinin baş mühəndisi Nəbi Qurbanov bildirib ki, zirzəmiyə dolan su qrunt suyudur.

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə "Xəzər Xəbər"ə bildirib ki, çəkilişdən sonra mütəxəssislər əraziyə baxış keçiriblər və məlum olub ki, binanın zirzəmisindəki istilik xətlərində heç bir problem yoxdur.

O ki qaldı mənzillərin bəzi otaqlarında istiliyin olmaması məsələsinə, Rafiq Əliyev deyib ki, həmin vətəndaşlar müraciət etsələr, onlara texniki dəstək göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti