Xəzər Xəbər

Real TV 3 yaşında video

Veb TV | 21:14 • 15 Mart 2021
Real TV 3 yaşında

Bu gün Real TV-nin 3 yaşı tamam olur.

Xezerxeber.az-ın məlumatına görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.

17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-ci ildə isə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. 

Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Biz də "Xəzər Xəbər" kollektivi adından Real Televiziyasının bütün əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti