Xəzər Xəbər

Qadın usta taxtadan müxtəlif əşyalar hazırlayır VİDEO

36 yaşlı Şəhla İmanzadə həyatının 15 ilini dülgərliyə sərf edib.
Veb TV | 20:50 • 14 Mart 2021
Qadın usta taxtadan müxtəlif əşyalar hazırlayır

İndi sizə bir qadın haqqında danışacağıq. O, uzun müddətdir ki, zərif əllərini çətin işin altına qoyub. Söhbət Bakıdakı emalatxanalardan birində çalışan dülgər xanımdan gedir. Qadın usta taxtadan müxtəlif əşyalar hazırlayır. O, nəinki Bakıdan, hətta rayonlardan da sifarişlər qəbul edir.  

36 yaşlı Şəhla İmanzadə həyatının 15 ilini dülgərliyə sərf edib. O, sifarişə uyğun olaraq taxtadan qapı, pəncərə, pilləkən, stol, stul  və mətbəxt mebeli hazırlayır. Dülgər qadın deyir ki, bu sənəti öyrənməklə atasının arzusunu həyata keçirib.

İşindən zövq aldığına deyən Şəhla xanım bildirir ki, günün böyük hissəsini emalatxanada keçirir. O, hazırladığı əşyaları da özü boyayır.

Şəhla İmanzadə deyir ki, paytaxt Bakı ilə yanaşı bölgələrdən də sifarişlər qəbul edir

Müsahimiz əlavə edib ki, son zamanlar pandemiya ilə əlaqədar sifarişlər bir qədər azalıb.

Xəbər lenti