Xəzər Xəbər

Xəzərin “Dostluq” yatağı VİDEO

Xəzər dənizində Türkmənistanla birgə işlənən "Dostluq" yatağı hər iki ölkəyə yeni imkanlar yaradacaq.
Veb TV | 20:25 • 14 Mart 2021
Xəzərin “Dostluq” yatağı

Xəzər dənizində Türkmənistanla birgə işlənən "Dostluq" yatağı hər iki ölkəyə yeni imkanlar yaradacaq. Yataqdan çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi realizə ediləcək. Bütün bu proseslər isə rəqabət qabiliyyətli şərtlər əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan təcrübəyə uyğun olaraq həyata keçiriləcək. 

Türkmənistan Məclisi "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunu təsdiq edib. Memorandum Türkmənistan parlamentinin altıncı çağırışının videokonfransla keçirilən on üçüncü iclasında qəbul edilib.

Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Ekspertlər layihənin böyük beynəlxalq və regional əhəmiyyəti ilə yanaşı gəlirliliyinin olduqca yüksək olduğunu bildirir.

Millət vəkili Rüfət Quliyevin sözlərinə görə, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyəti artacaq. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında da çox önəmli addımdır. Dostluq yatağı digər birgə layihələr üçün də zəmin yaradacaq.

"Dostluq" yatağında 100 milyard ton qaz ehtiyatının olduğu bildirilir. Lakin bu rəqəmin də artacağı istisna edilmir. Yatağın karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətlə bölüşdürüləcək.

Xəbər lenti