Xəzər Xəbər

Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək VİDEO

Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək
Veb TV | 20:34 • 11 Mart 2021
Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək

Bakı və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları keçiriləcək

Novruz bayramı yaxınlaşır və bayram günlərində vətəndaşların kənd təsərrüfatı məhsullarına tələbatlarını qarşılamaq üçün hər il olduğu kimi bu il də bakı və abşeronda bayram yarmarkaları təşkil olunacaq. Yarmarkada məhsulların qiyməti daha münasib və aztəminatlı ailələrin büdcələrinə uyğun olacaq. 

Martın 13-dən etibarən Novruz yarmarkaları keçiriləcək.

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq "Kənddən Şəhərə" yarmarkaları təşkil olunacaq. Yarmarka Bakı və Abşeron ərazisində üç fərqli ünvanda -

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanında fəaliyyət göstərəcək. 

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.

Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun olacaq.

Bayram yarmarkaları karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil ediləcək. Yarmarkada iştirak edəcək fermerlər əvvəlcədən tibbi müayinədən keçiriləcək, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da təmin olunacaqlar. Yarmarka martın 19-dək davam edəcək.

Xəbər lenti