Xəzər Xəbər

Bakıda qəribə oğurluq hadisəsi - Körpünün dəmirlərini... VİDEO

Oğrular bu dəfə avtomobil körpülərini hədəf seçiblər.
Veb TV | 20:27 • 11 Mart 2021
Bakıda qəribə oğurluq hadisəsi - Körpünün dəmirlərini...

Yol gedəndə istər-istəməz bəzi şeylərə diqqət yetiririk. Asfalt örtüyündən tutmuş  tunellərdə yanan işıqlara , yollara çəkilən zolaqlardan dəmir məhəccərlərə qədər.  Dəmir məhəccər demişkən kimin ağlına gələr ki, hətta yol kənarındakı belə məhəccərlərin aksesurlarına göz dikib oğurlayanlar da varmış.  Xüsusilə Alı Mustafayev küçəsindəki avtomobil körpüsünün aksesuarları  cibə xoş göründüyü üçün  oğurlanıb. Lakin hadisəni törədənlər kameraların onları anbaan izlədiyini unudublar.  Onlar artıq  məsuliyyətə cəlb edilib.

Oğrular bu dəfə avtomobil körpülərini hədəf seçiblər. Körpülərinin kənarlarında olan dəmir məhəccərlərin aksesuarlarının çoxu oğurlanıb. Xüsusilə paytaxtın Nəsimi rayonunda, Alı Mustafayev küçəsindəki körpünün aksesuarları demək olar ki, talan edilib

Bu aksesurlaruın hər biri məhəccərlərə möhkəm bərkidilib. Onlar oğurlanan zaman xüsusi alətlərlə çıxarılıb

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, həmin hadisədən xəbərdardırlar. Yol təsərrüfatına ziyan vuran şəxslər məsuliyyətə cəlb edilib.

Həmçinin o da bildirildi ki, körpülər xüsusi kameralarla müşahidə edilir. Ona görə də, bu hadisələri törədən şəxslər ən qısa zamanda aşkar edilərək məsuliyyətə cəlb edilir.

Xəbər lenti