Xəzər Xəbər

Ölkəmizdə istirahət məkanları daha əlçatan olacaq VİDEO

Bununla bağlı yerli booking pltatforması hazırlanır.
Veb TV | 21:25 • 9 Mart 2021
Ölkəmizdə istirahət məkanları daha əlçatan olacaq

Azərbaycanda daxili turizmin inkişafını sürətləndirəcək yeni layihə hazırlanıb. Bu çərçivədə ölkəmizdə yerli rezervasiya platforması yaradılır. Bununla bağlı artıq tender də keçirilib. İlk dəfə yaradılacaq yerli booking platformasının bir çox üstünlükləri olacaq.

Ölkəmizdə istirahət məkanları daha əlçatan olacaq.

Bununla bağlı yerli booking pltatforması hazırlanır. Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədr müavini Bəhruz Əsgərov deyir ki, platforma yerli layihə olduğu üçün turistlərin büdcəsinə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, vətəndaşların seçim imkanı da genişlənəcək.

Bəhruz Əsgərov qeyd edir ki, bütün yerli turizm şirkətlərinə platformadan istifadə üçün imkanlar yaradılacaq. Turizm təklifləri üçün isə heç bir ödəniş tələb olunmayacaq. Platformadan Azərbaycan vətəndaşları və ölkəmizdə yaşamaq hüququ olan xarici vətəndaşlar istifadə edə biləcəklər.

Bəhruz Əsgərovun sözlərinə görə, gələcəkdə turistlər üçün nəzərdə tutulan fərdi evlərin də platformaya yerləşdirilməsi mümkün olacaq.

Xəbər lenti