Xəzər Xəbər

Binaların zirzəmisi su ilə doludur VİDEO

Otaqların divarları kif bağlayıb, bəzi yerlərdə isə döşəmə çürüyərək deşilib.
Veb TV | 21:16 • 9 Mart 2021
Binaların zirzəmisi su ilə doludur

Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdıqları şəhərcikdə yaşayış binasının birinci mərtəbəsi bərbad vəziyyətə düşüb. Sakinlər otaqların altında illərdir su qatının yığıldığını və bu səbəbdən evlərdə yaşamağın mümkünsüz olduğunu deyirlər.

Otaqların divarları kif bağlayıb, bəzi yerlərdə isə döşəmə çürüyərək deşilib. Görüntülər Abşeron rayon Mehdiabad qəsəbəsi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları "Qarant" şəhərciyindəndir. 

Əsas problem 4 saylı yaşayış binasının birinci mərtəbəsindədir. Mənzillərin hər birində eyni mənzərədir - otaqların divarları ovularaq qopur. Sakinlər deyirlər ki, illərdir birinci mərtəbinin zirzəmisinə su yığılır.  

Sakinlər onu da bildirdilər ki, mənzillərini bir neçə dəfə özləri təmir etdirsələr də, eyni hal durmadan təkrarlanır. 

"Qarant" şəhərciyinin 1 saylı Mənzil İstismar Sahəsinindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin haqlı narazılıqları ilə bağlı evlərə baxış keçirilib. 

İndi sakinlər ümidlərini sabah binaya baxış üçün yenidən gələcək mütəxəssislərə bağlayıblar.

Xəbər lenti