Xəzər Xəbər

Azərbaycanda dəhşət - Sevgilisinin ailəsi gənci yandırdı VİDEO

Veb TV | 21:32 • 9 Mart 2021
Azərbaycanda dəhşət - Sevgilisinin ailəsi gənci yandırdı

Bərdədə gənc oğlan yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Oğlanın anası iddia edib ki, oğlunu bu hala salan onun sevdiyi qızın qohumlarıdır. Ananın sözlərinə görə, oğlanı Bakıdan çağırtdıran şəxs ailə üzvləri ilə birlikdə onu yandırıb. Hüquq mühafizə orqanları hadisəni araşdırır.                   

Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə yanar maye tökülərək yandırılıb. İddiaya görə, bu hərəkət Əliəhəd  Eyvazova qarşı sevdiyi qızın ailəsi tərəfindən edilib. 

Əliəhəd  Eyvazovun anası Sevil Eyvazova   bildirib ki, martın 7-də Bərdə rayon sakini, həkim Natiq Məmmədov Əliəhədə zəng edərək onu Bərdəyə çağırıb.

Sevil Eyvazovun iddiasına görə, orada Natiq Məmmədov və qardaşı oğlu Orxan Əliəhədin qollarını tutub, qızı isə "butulka"dan yanar maye tökərək onu yandırıb: 

Ağır yanıq xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, Əliəhəd Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. Oğlanla qızın arasında yaşı fərqi də olub. Oğlanın 24, qızın 33 yaşı var. Qızın atası Natiq Məmmədov isə "XəzərXəbər"ə bildirdi ki, oğlan başqa adamla ona  söz göndərib ki, sənin qızın mənimlə əxlaqsız hərəkətlər edib.  Ata da oğlana zəng vurub, çağırtdırıb, görüşüblər.  Ata təklif edib ki, deyilən sözləri bir də onun qızının üzünə söyləsin və dediyini sübut etsin. Qızı onun ünvanına deyilən sözləri eşitdikdə hamısının şər-böhtan olduğunu deyərək, oğlanı vurmaq istəyib. Ata mane olub. Lakin qızın ikinci cəhdi alınıb. Oğlanın üzərinə spirt tökərək ona od vurub.  Amma qızın ailəsi onu çətinliklə də olsa söndürməyə nail ola bilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.Yanıq xəsarətləri alan Əliəhəd isə Bakıya göndərilib.

 

Xəbər lenti