Xəzər Xəbər

Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirdi VİDEO

Veb TV | 15:09 • 9 Mart 2021
Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirdi

Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.

"HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o deyib.

Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib./report

 

Xəbər lenti