Xəzər Xəbər

Astarada avtoxuliqan həbs olundu - Atasının maşını ilə "avtoşluq" elədi VİDEO

Veb TV | 20:02 • 9 Mart 2021
Astarada avtoxuliqan həbs olundu -  Atasının maşını ilə "avtoşluq" elədi

Atasına məxsus avtomobillə rayon ərazisində avtoxuliqanlıq edən Astara sakini saxlanıb. Araşdırmalarla onun sürücülük hüququnun da olmadığı müəyyən edilib. Həmin şəxs məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Astarada yol polisi əməkdaşları tərəfindən həyata keçirimiş tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü aşkarlanıb. 

Belə ki, rayon sakini İmamverdi Tofiqzadə sürücülük hüququ olmadan, atasına məxsus  avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən yol polisi əməkdaşları tərəfindən saxlanıb.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan İmamverdi Tofiqzadə Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.

Xəbər lenti

Çox oxunanlar