Xəzər Xəbər

"Sabah" yenə qələbəyə həsrət qaldı VİDEO

"Sabah" - "Sumqayıt" oyununda qollu heç-heçə qeydə alınıb.
Veb TV | 19:28 • 8 Mart 2021
"Sabah" yenə qələbəyə həsrət qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Turun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.

Beləliklə, "Sumqayıt" 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan "Sabah" 16 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 18:15-də "Neftçi" - "Keşlə", martın 9-da isə "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri keçiriləcək.

Premyer Liqa, 19-cu tur
“Sabah” – “Sumqayıt” - 1:1

Qollar: Camaləddin Xocaniyazov, 70 - Təmkin Xəlilzadə, 34

Xəbər lenti