Xəzər Xəbər

Builki bayram onlar üçün fərqli ab-havada keçir - Sadiq Məmmədov vətən uğrunda canını fəda etdi VİDEO

Veb TV | 21:23 • 8 Mart 2021
Builki bayram onlar üçün fərqli ab-havada keçir - Sadiq Məmmədov vətən uğrunda canını fəda etdi

Bugün şəhidlərimizin yaxınları olan xanımlar üçün həm çətin, həm də qürurlu gündür. Onlar üçün bu dəfəki qadınlar günü tam fərqli ab-havada keçir. Biz də "XəzərXəbər" olaraq bu gün şəhidlərimizdən birinin, Qaxdan olan Sadiq Məmmədovun yaxınlarını ziyarət etdik. 

Onlar üçün bu il qadınlar günü fərqli ab-havada keçir. Bu il sevə-sevə gözlədikləri, xoş arzularla dolu təbrikləri ən yaxınlarından ala bilmədilər. Kimisini oğlu, kimisini qardaşı, kimisini isə həyat yoldaşı təbrik edə bilmədi. Söhbət şəhidlərimizin yaxınları olan qadınlardan gedir.

"Xəzər Xəbər" olaraq bu gün şəhidlərdən birinin yaxınlarını ziyarət etdik. Onlardan biri Qaxdan olan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsədir. Şəhidimizin həyat yoldaşı və anası deyir ki, Sadiq hər il martın 8-də zəng edərək onları təbrik edirmiş. Heç bir bayramı qeyd etməyən zabitimiz ailəsinə deyərmiş ki, torpaqlarımızı işğaldan azad edəcəm və sizi istədiyiniz yerə aparacam.

Şəhidimizin həyat yoldaşı Pərvanə Məmmədova deyir ki, bugün şəhidlərin yaxınları üçün həm çətin, həm də qürurlu gündür.

Vətən Müharibəsində şücaəti ilə seçilən Sadiqin uşaqlıqdan hərbiyə böyük həvəsi olub..O, sonradan arzularının ardınca gedərək Ali Hərbi Məktəbə daxil olub və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb və oktyabrın 26-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə zəhid olub. 

Sadiq Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni və "Vətən uğrunda"medalı ilə təltif edilib. 

Xəbər lenti