Xəzər Xəbər

Neft bahalaşır video

Veb TV | 21:19 • 7 Mart 2021
Neft bahalaşır

"OPEC+"un qəbul etdiyi yeni qərardan sonra neftin qiymətində ötən həftə artım olub. 

Bu barədə "Xəzər Xəbər"ə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məlumat verib.

O deyib ki,  "OPEC+"un martın 4-də qəbul etdiyi qərara əsasən, mövcud hasilat məhdudiyyətləri daha bir ay, yəni mayın 1-nə kimi  uzadılaraq fevral-mart ayları ilə eyni səviyyədə saxlanılıb.

İlham Şabanın sözlərinə görə, bazar iştirakçıları növbəti aylar üçün daha çox ümidlidirlər. Düşünürlər ki, neft may ayında daha baha qiymətə satılacaq. Bunun üçün müxtəlif səbəblər əsas gətirilir.   

Bütün bunlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Çünki 2021-ci il üçün büdcə gəlirləri 40 dollardan proqnozlaşdırılıb. Neftin qiymətinin artması isə əlavə gəlir deməkdir.

İqtisadçı-ekspert hesab edir ki, gələn həftədən neftin qiyməti daha da yüksələ bilər. Çünki  martın 5-də ABŞ senatı 1,9 trilyon dollarlıq Amerika iqtisadiyyatının dirçəldilməsi ilə bağlı qərar qəbul edib. Həmçinin ABŞ prezidenti Co Bayden İrana qarşı tətbiq olunan sanksiyaların müddətini uzadıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti