Xəzər Xəbər

YAP-ın qarşısında yeni vəzifələr durur video

Veb TV | 22:37 • 7 Mart 2021
YAP-ın qarşısında yeni vəzifələr durur

Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar zamanı ən müasir təcrübə tətbiq ediləcək. Bunun üçün isə Yeni Azərbaycan Partiyasının hər bir üzvü bütün gücünü səfərbər etməlidir.

Xezerxeber.az-ın məlumatına görə, YAP-ın İdarə Heyətinin yeni üzvü, millət vəkili Elşad Mirbəşiroğlu partiyanın qarşısında duran əsas vəzifələri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, qarşıda duran vəzifələrdən biri YAP-ın bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində fəal olmasıdır. Bununla yanaşı, müstəqil, məqsədyönlü, prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün dövlətlərlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi də qarşıda vəzifə kimi qoyulub.

Elşad Mirbəşiroğlu deyib ki, son 17 il ərzində Yeni Azərbyacan Partiyasının qarşıya qoyduğu məqsədlər və hədəflərə nail olunub. Məsələn, siyasi və iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib, ən vacibi isə ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bütün bunların həyata keçirilməsi Prezident İlham Əliyevin qətiyyəti nəticəsində mümkün olub.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi, bununla yanaşı, daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də Yeni Azərbaycan Partiyasının qarşısında əsas hədəf kimi qoyulub.

Elşad Mirbəşiroğlu qeyd edib ki, ölkə prezidentinin taprşırığına uyğun olaraq 3 ay müddətində partiyanın fəaliyyət proqramı hazırlancaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti